Avstraliyada İLK: qitənin yerli xalqları ilə müqavilə imzalandı

Avstraliyada İLK: qitənin yerli xalqları ilə müqavilə imzalandı backend

Avstraliyanın Viktoriya ştatının Baş naziri Xasinta Allan, ölkə tarixində ilk dəfə müstəmləkəçilər gəlməzdən əvvəl qitədə yaşayan yerli xalqlarla rəsmi müqavilə imzalayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

"Bu gün biz qədim hüquq sistemlərinin və demokratiyamızın müasir institutlarının yan-yana mövcud ola biləcəyini qəbul edirik", - deyə Allan vurğulayıb.

Agentliyin məlumatına görə, 34 səhifəlik müqavilə müstəmləkəçiliyin vurduğu ziyanı rəsmi olaraq etiraf edib və yerli xalqların hüquqlarını qorumaq üçün yeni nümayəndəlik orqanı yaradılıb.

Xəbərdə qeyd olunub ki, Britaniya müstəmləkəçiliyindən sonrakı iki əsrdən çox müddətdə heç bir Avstraliya hökuməti ölkənin yerli xalqları ilə rəsmi razılığa gəlməyib, baxmayaraq ki, Kanada və Yeni Zelandiya kimi ölkələr artıq oxşar müqavilələr bağlayıblar.

QAZİLER.AZ