"Starbucks" işçiləri ABŞ-nin 40 şəhərində tətil edəcəklər

"Starbucks" işçiləri ABŞ-nin 40 şəhərində tətil edəcəklər backend

“Starbucks” işçiləri ən azı 40 ABŞ şəhərində tətil keçirməyi planlaşdırırlar.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin məlumatına görə, nümayişlər bu gün – noyabrın 13-də başlaya bilər.

“Starbucks” işçilərinin maraqlarını “Worker United” həmkarlar ittifaqı təmsil edir. Plana görə, tətillər Nyu-York, Filadelfiya, Sietl, Dallas və ABŞ-nin onlarla digər şəhərində keçiriləcək. 65 mağazadan 1000-dən çox işçinin iştirakı gözlənilir.

Məlumatda qeyd olunur ki, hüquqi mübahisələrin həllində və həmkarlar ittifaqı müqaviləsinin bağlanmasında irəliləyiş əldə edilməsə, “Workers United” nümayişləri uzada bilər. “Starbucks” işçilərinə qarşı hər hansı bir qanun pozuntusunu rədd edir.

QAZİLER.AZ