Ukraynadakı ABŞ müdafiə silahları bir həftə ərzində Rusiya qüvvələri tərəfindən məhv edilir ki, bu da Vaşinqton üçün problemdir.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərlə görüş zamanı bildirib.
"Biz ukraynalılarla onların elektrik şəbəkəsini qorumaq üçün müdafiə silahları barədə danışıqlar aparırıq. Bilirəm ki, biz daim onların hansı avadanlığa konkret ehtiyacı olduğu barədə texniki müzakirələr aparırıq. Amma nəticədə, bu avadanlıq quraşdırıldıqdan sonra bir həftə ərzində məhv edilərsə, bu, problem olaraq qalacaq. Və bu, son iki-üç ildir ki, belədir", - deyə o qeyd edib.
Rubioya görə, Ukraynanın elektrik şəbəkəsi hər il kiçilir, ona görə də hər il "onlar daha aşağı baza xəttindən başlayırlar".
QAZİLER.AZ



