ABŞ Rusiyadan neft və qazın satın alınması ilə bağlı sanksiyalarda Macarıstan üçün istisna edib.
Oxu.Az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Kanadada Yeddilər Qrupunun (G7) xarici işlər nazirlərinin iclasının yekunlarına əsasən jurnalistlərə müsahibəsində bildirib.
"Söhbət bir il möhlətdən gedir. Rusiyadan neft və qazın satın alınmasından imtina olunması Macarıstanın iqtisadiyyatına böyük zərbə vurar", - deyə Rubio qeyd edib.
Macarıstanın Baş naziri Viktor Orban noyabrın 7-də bildirib ki, ABŞ "Türk axını" və "Dostluq" neft kəmərləri vasitəsilə Rusiyadan enerjidaşıyıcılarının tədarükü ilə bağlı məhdudiyyətlərdən Budapeşti azad edib. O, həmçinin nüvə yanacağının alınması və ABŞ-nin "Westinghouse" şirkəti ilə əməkdaşlıq barədə razılaşmalardan danışıb.



