Papa XIV Leonun ən sevdiyi filmlər "Bu möhtəşəm həyat" (ABŞ, 1946), "Musiqi səsi" (ABŞ, 1965), "Həyat gözəldir" (İtaliya, 1997) və "Adi insanlar" dramıdır (ABŞ, 1980).
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti Vatikanın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Vatikan mətbuat xidməti qeyd edib ki, Roma Katolik Kilsəsinin rəhbəri bu siyahını kino sənayesinin nümayəndələri ilə görüşdə müzakirə etmək niyyətindədir.
Görüşdə aktyorlar Keyt Blanşett və Deyv Franko, eləcə də rejissorlar Spayk Li, Corc Miller və Qas Van Sent iştirak edəcəklər.
QAZİLER.AZ



