"Ukrayna Xarici İşlər Nazirliyi Kiyevin Moskva ilə sülh danışıqlarını 2025-ci ilin sonuna qədər rəsmi olaraq dayandırdığını açıqladı".
Qaziler.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsi sədrinin birinci müavini Şamsail Saraliyev “Gazeta.Ru”ya açıqlamasında bildirib. O qeyd edib ki, Kiyevin açıqlamalarına baxmayaraq, məhbus mübadiləsi və cəsədlərin qaytarılması davam edəcək.
"Müdafiə Nazirliyi məhbus mübadiləsi və cəsədlərin qaytarılması ilə gündəlik məşğul olur. Bu iş davam edir", - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Sergey Kıslıtsya 12 noyabrda Kiyevin Moskva ilə sülh danışıqlarını 2025-ci ilin sonuna qədər rəsmi olaraq dayandırdığını açıqlayıb. Kıslıtsya onların "nəticəsiz" olduğuna inanır.
QAZİLER.AZ



