Hakan Fidan: "HƏMAS hazırdır, İsrail də etsin!"

Hakan Fidan: "HƏMAS hazırdır, İsrail də etsin!" backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında nizamlanma istiqamətində konstruktiv addımlar atmağa hazır olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Misir xarici işlər naziri Bədr Əbdül Atta ilə mətbuat konfransı zamanı Fidan iki tərəfin Qəzzada mövcud vəziyyəti müzakirə etdiyini bildirib.

"HƏMAS atəşkəsi daimi etmək üçün konstruktiv addımlar atmağa hazır olduğunu nümayiş etdirir. İsrail də eyni anlayışı nümayiş etdirməlidir", - deyə diplomat bildirib.

O, həmçinin İsraili Qəzzaya humanitar yardımın daxil olmasına mane olan bütün maneələri aradan qaldırmağa və bütün sərhəd keçidlərini açmağa çağırıb.

QAZİLER.AZ