"Sosial media hazırda demokratiya və idarəetmə üçün təhlükəyə çevrilir".
Qaziler.az xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron özünün “X” sosial media səhifəsində yayımlanan "La Dépêche" oxucuları ilə görüşündə səsləndirib.
"Sosial media ictimai rəyə, seçkilərə və nəticədə demokratik həyatımıza münasibətimizi dəyişir. Sosial media ilə bağlı problemlərin öhdəsindən gəlmək üçün konkret həll yolları axtarmaq niyyətindəyəm", - deyə Fransa lideri bildirib.
Makron əlavə edib ki, 2026-cı ilin əvvəlində sosial medianın təsirinə qarşı mübarizə aparmaq üçün qəti tədbirlər görmək niyyətindədir. Fransa prezidentinin sözlərinə görə, o, istifadəçilərə giriş üçün yaş məhdudiyyətləri tətbiq edə biləcəyini də bildirib.
QAZİLER.AZ



