2025-ci ildə Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Rusiya prezidentinin köməkçisi Yuri Uşakov vasitəsilə Rusiya hakimiyyəti ilə əlaqə qurmağa cəhd göstərib.
Qaziler.az bildirir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, telefon danışığı bu ilin əvvəlində baş tutub. Pauell Moskvaya Ukraynadakı müharibə ilə bağlı Böyük Britaniya və Avropa İttifaqının mövqeyini çatdırmağa çalışıb.
Lakin əlaqə uğursuz olub və tərəflər arasında başqa dialoq baş tutmayıb.
FT qeyd edir ki, söhbət Londonun Donald Trampın Ukrayna ilə bağlı qeyri-sabit mövqeyi ilə bağlı narahatlıqları fonunda baş tutub.
QAZİLER.AZ



