İdman zalına gedərkən 150.000 dollar qazandı

İdman zalına gedərkən 150.000 dollar qazandı backend

ABŞ-nin Merilend ştatından olan bir kişi idman zalına gedərkən "Powerball və Mega Millions" lotereya biletləri alıb və 150.000 dollar qazanıb.

Qaziler.az  bildirir ki, Bu barədə UPI məlumat verir.

Qeyd olunur ki, həmin şəxs oktyabrın 16-da məşqdən sonra evə gedərkən lotereya oynamaq qərarına gəlib.

O, yaxınlıqdakı bir baqqal mağazasında dayanıb və iki fərqli bilet alıb. Tezliklə məlum oldu ki, "Powerball" bileti ona böyük məbləğ qazandırıb.

"150.000 dollar məbləğini görəndə inana bilmədim. Hətta aşağı mərtəbədə məni gözləyən həyat yoldaşıma da zəng etdim, çünki bu, inanılmaz idi", - deyə şanslı kişi bildirib.