Rusiyada 14 yaşdan kiçik uşaqlara ictimai nəqliyyat pulsuz ola bilər

Rusiyada 14 yaşdan kiçik uşaqlara ictimai nəqliyyat pulsuz ola bilər backend

"Rusiyada 14 yaşınadək uşaqlar üçün ictimai nəqliyyat pulsuz olmalıdır".

Oxu.Az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası İctimai Palatasının katibinin müavini Vladislav Qrib bildirib: "Böyüklər üçün gediş haqqını bir qədər artırmaq, uşaqların isə pulsuz istifadə yaxşı olardı".

Rusiya Dövlət Duması daha əvvəl üç yaşından kiçik uşağı olan valideynlər üçün ictimai nəqliyyatın pulsuz olmasını təklif etmişdi.

Bundan əlavə, rusiyalı bəzi deputatlar orta ixtisas və ali məktəblərdə tələbələrin ictimai nəqliyyatdan pulsuz istifadəsini təklif ediblər.