Malidə “TikTok” paylaşımlarına görə gənc qadın edam edilib

Malidə “TikTok” paylaşımlarına görə gənc qadın edam edilib backend

"TikTok" hesabında Malinin Tonka şəhərindəki həyat barədə videolar paylaşan gənc qadın oğurlanaraq edam edilib.

APA xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri məlumat yayıb.

Məlumata görə, Mariam Sisse adlı qadın cihadçılar tərəfindən qətlə yetirilib. Onlar qadını ordu ilə əməkdaşlıqda ittiham ediblər.

Qızın qardaşının sözlərinə görə, Mariamı İstiqlal meydanında güllələyiblər. Həmin anda o, hadisəni izləyən izdihamın içərisində olub.

Sissenin "TikTok" sosial şəbəkəsində 90 mindən çox izləyicisi olub.