"Yalnız ABŞ və Macarıstan Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə həqiqətən sadiqdir".
Qaziler.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Şərqi Avropa ölkəsinin Baş naziri Viktor Orban bunu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşündə bildirib.
Orban deyib: "Sülhü həqiqətən müdafiə edən yeganə ölkələr ABŞ və Macarıstandır. Bütün digər ölkələr müharibəni davam etdirməyə üstünlük verirlər".
Macarıstan Baş nazirinin sözlərinə görə, digər Qərb ölkələrinin bu mövqeyi Ukraynanın cəbhə xəttində potensial qələbəsinə dair yanlış inamdan irəli gəlir. Orban hesab edir ki, bu, mövcud vəziyyəti səhv başa düşməkdir.
QAZİLER.AZ



