ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə zirvə görüşünün hələ də baş tutmamasının səbəbi kimi Ukraynada davam edən döyüşləri göstərib.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Eyni zamanda, Tramp qeyd edib ki, Vladimir Putinlə Macarıstanda görüşmək üçün "çox yaxşı" şans var.
Xatırladaq ki, oktyabrın 23-də ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan danışıqları ləğv etdiyini açıqlayıb. Ağ Ev rəhbəri bu qərarı görüşün "lazım olanı əldə etməyəcəyinə" inandığı üçün verdiyini qeyd edib.
QAZİLER.AZ



