Ukrayna Rusiyanın Macarıstana neft satmasına icazə verməyəcək və bu, sadəcə an məsələsidir.
Qaziler.az xəbər verir ki, Zelenskinin bu açıqlamasını "Yevropeyskaya pravda" qəzeti sitat gətirib.
"Biz rusların orada [Macarıstana] neft satmasına icazə verməyəcəyik. Bu, an məsələsidir. Bu, bizim mövqeyimizin məsələsidir", - Zelenski deyib.
Onun sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban prezident Donald Trampla qarşıdan gələn görüşdə Rusiyanın enerji ehtiyatlarının alınması məsələsini qaldıracaq. Zelenski həmçinin qeyd edib ki, Kiyev Rusiyanın neft və qaz satışından mənfəət əldə etməsinə icazə verə bilməz.
O, Ukraynanın bu planları necə həyata keçirməyi planlaşdırdığını isə qeyd etməyib.
QAZİLER.AZ



