İran kəşfiyyat xidmətləri İsrailin Meksikadakı səfiri Eynat Kranz-Nigerə qarşı sui-qəsd planlaşdırırmış.
Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın "Axios" xəbər agentliyi adları açıqlanmayan ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələrdən əldə edilən məlumata görə, sui-qəsd İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri tərəfindən həyata keçirilib.
Planın 2024-cü ilin sonlarında başladığı və 2025-ci ilin birinci yarısına qədər davam etdiyi bildirilir. "Axios"un məlumatına görə, sui-qəsdin qarşısı yayda Meksika kəşfiyyat xidmətləri tərəfindən alınıb. Onlar təşkilatçının Venesueladakı İran səfirliyində işləyən və Latın Amerikası ölkələrində agentlər toplayan "Qüds Qüvvələri"nin nümayəndəsi olduğuna inanırlar.
Digər bir ABŞ rəsmisi sui-qəsdin aşkarlandığını və hazırda heç bir təhlükə yaratmadığını bildirib. Nəşrin məlumatına görə, əməliyyatın koordinatoru olduğu iddia edilən şəxs İrana qayıdıb.
QAZİLER.AZ



