Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Macarıstanın Baş naziri Viktor Orban ölkənin Avropa İttifaqına (Aİ) daxil olmasına təsir göstərə bilməyəcək.
Qaziler.az xəbər verir ki, onun sözlərini "Yevropeyskaya pravda" qəzeti sitat gətirib.
"Ruslar bacara bilmədi. O [Viktor Orban] düşünür ki, altı ay və ya daha çox gecikdirilsə, bu, Ukraynanı dayandıracaq? Xeyr", - deyə Zelenski bildirib.
Eyni zamanda, o qeyd edib ki, Ukraynanın Macarıstan xalqına qarşı heç bir şikayəti yoxdur, lakin qonşu ölkənin rəhbərliyi "Rusiya təbliğatına kömək etdikdə" susmaq olmaz.
QAZİLER.AZ



