Britaniyalı jurnalist Pirs Morqan ABŞ prezidenti Donald Tramp və portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə birgə müsahibənin təşkili üzərində işlədiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial media platformasında yazıb. Müzakirəyə səbəb futbolçunun amerikalı siyasətçi ilə görüşmək istəyi və kimin daha məşhur olduğu ilə bağlı mübahisə olub.
"Düşünürəm ki, qlobal miqyasda, hətta kiçik İslandiyada belə, mən ondan daha məşhuram. Düşünürəm ki, mən bütün dünyanın ən məşhur insanıyam", - deyə Ronaldo müzakirə zamanı bildirib.
Müzakirə Pirs Morqanın futbolçu ilə “YouTube”da yayımlanan əvvəlki müsahibəsi zamanı baş verib. Müsahibədə portuqaliyalı Trampla görüşmək istəyini etiraf edib. Jurnalist onları "planetin ən məşhur iki insanı" adlandırıb, lakin Ronaldo buna etiraz edərək onların müvafiq şöhrət səviyyələri ilə bağlı müzakirə təklif edib.
QAZİLER.AZ



