Lion yaxınlığındakı bir Fransa kommunasının sakini bağçasında 700.000 avro dəyərində qızıl külçələr və sikkələr tapıb.
Qaziler.az bildirir ki, bu barədə BelTA xəbər verir.
Neuville-sur-Sône kommunasının sakini öz mülkündə üzgüçülük hovuzu üçün çuxur qazarkən xəzinəni aşkar edib. Məlumata görə, bütün qızıllar səliqə ilə plastik torbalara bükülüb.
"Regional mədəniyyət şöbəsi işi araşdırıb və arxeoloji xəzinə ehtimalını istisna edib. Bu o deməkdir ki, tapan şəxs həqiqətən də xəzinənin şanslı sahibidir", - deyə "France Info" qeyd edir.
Hüquq-mühafizə orqanları əməkdaşları qızıl külçələrin üzərindəki nömrələmədən onların təxminən 20 il əvvəl Lion fabrikində istehsal olunduğunu müəyyən ediblər. Onların sözlərinə görə, qızıl qanuni yolla əldə edilib.
Sahənin əvvəlki sahibi vəfat edib, ona görə də qızılı kimin gizlətdiyini dəqiq müəyyən etmək mümkün deyil.
QAZİLER.AZ



