Serbiya Aİ-yə qoşulmaq üçün Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır.
Avropa Komissiyası Serbiyanın Avropa Birliyinə qoşulması üçün Belqradın Rusiya əleyhinə sanksiyalara qoşulmalı olduğunu təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti yazır.
Qurumun mətbuat xidməti qeyd edib ki, respublika Aİ-nin xarici siyasətinə riayət etməlidir.
Avropa Komissiyası əlavə edib ki, müvafiq tələblər Aİ-nin genişlənməsi ilə bağlı son tədbirlər paketində müəyyən edilib. Sənəddə deyilir ki, Belqrad bloka qoşulmaq üçün Rusiyaya qarşı məhdudiyyətləri dəstəkləməlidir.
"Bizim mövqeyimiz son genişlənmə paketimizdə aydın şəkildə göstərilib", - mətbuat xidməti cavab verib.
QAZİLER.AZ



