Fransa səfirliyi rusiyalılar üçün viza məhdudiyyətləri ilə bağlı məlumatları təkzib etdi

Fransa səfirliyi rusiyalılar üçün viza məhdudiyyətləri ilə bağlı məlumatları təkzib etdi backend

Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərinin hazırlanması ilə bağlı yayılan məlumatlar yalandır.

Qaziler.az xəbər verir ki, Fransanın Rusiyadakı səfirliyi bu barədə noyabrın 6-da bildirib.

"Fransanın bu sahədəki siyasəti dəyişməz olaraq qalır", - Səfirlik RBK-nin sualına cavab olaraq qeyd edib.

Noyabrın 5-də "Politico" vəziyyətə yaxın mənbələrə istinadən xəbər verib ki, guya Avropa Birliyi (AB) bir həftə ərzində rusiyalılara Şengen  çoxdəfəlik giriş vizalarının verilməsi şərtlərini sərtləşdirmək niyyətindədir. Qeyd olunub ki, rusiyalılar əksər hallarda tək girişli vizalar alacaqlar.

QAZİLER.AZ