Türkiyə Rusiyanın "S-400"ləri ilə bağlı qərarını verib

Türkiyə Rusiyanın "S-400"ləri ilə bağlı qərarını verib backend

Türkiyə hakimiyyəti ABŞ administrasiyasının tələblərinə baxmayaraq, Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərindən tamamilə imtina etməyi planlaşdırmır.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, Ankara Vaşinqtonun Rusiya hava hücumundan müdafiə sistemlərindən tamamilə imtina etmək tələbini rədd edib, lakin S-400 sistemlərinin gələcəyi ilə bağlı güzəştə getməyə hazırdır. Agentliyin mənbələrinə görə, Türkiyə hakimiyyəti S-400-lərin istifadəsini izləmək üçün "birgə hərbi mexanizm"in yaradılmasına razı ola bilər.

QAZİLER.AZ