Parisin Sante həbsxanasında saxlanılan keçmiş Fransa prezidenti Nikola Sarkozi həbsxana yeməyindən imtina edir və yalnız yoqurtla dolanır.
Qaziler. az xəbər verir ki, bu haqda “Le Point” qəzeti mənbələrə istinadən xəbər verir.
"Bir çox kamera yoldaşının ona qarşı düşmənçiliyinin fərqində olan o, kamerasına gətirilən istənilən yeməyə toxunmaqdan imtina edir", - məqalədə deyilir.
Qəzetin məlumatına görə, keçmiş Fransa lideri kiminsə onun yeməyinə tüpürə biləcəyindən və ya daha pis şeylərin olmasından qorxur. Bəzi mənbələr bildirib ki, 21 oktyabrda həbs olunduğu gündən bəri Sarkozi yalnız yoqurtla qidalanır. Bundan əlavə, keçmiş prezident yemək bişirmək bacarığı olmadığı üçün yemək almaqdan və ya özü hazırlamaqdan da imtina edib.
Mənbələrdən biri jurnalistlərə bildirib ki, Sarkozi hətta yumurta qaynatmağı belə bilmir və prinsipə görə bunu etməyəcək.
QAZİLER.AZ



