Polşa ən böyük hərbi təlim proqramına başlayır

Polşa ən böyük hərbi təlim proqramına başlayır backend

Polşa noyabr ayında yeni hərbi təlim proqramına başlayacaq və 2026-cı ilə qədər təxminən 400.000 nəfərə təlim keçməyi planlaşdırır.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

"Polşa 216.000 şəxsi heyəti ilə alyansın (NATO) üçüncü ən böyük ordusuna çevrilib və növbəti onillikdə qoşunlarının sayını təxminən üçdə bir artırmağı planlaşdırır", - məlumatda qeyd olunub.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın Polşa tarixində ən böyük hərbi təlim proqramı adlandırdığı "Naqotove" proqramı könüllü və bütün vətəndaşlar üçün açıq olacaq. Buraya əsas təhlükəsizlik təlimi, sağ qalma təlimi, tibbi təlimatlar və kiber gigiyena dərsləri daxil olacaq.

QAZİLER.AZ