"Avropa ölkələri Rusiyaya hücum etmək istəyir, lakin lazımi resurslara və təcrübəyə malik deyillər".
Qaziler.az xəbər verir ki, bu fikirləri ABŞ-nin keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Larri Conson “YouTube”da bildirib.
O, iddia edib ki, Avropanın yalnız tonqalı yandırmaq üçün lazım olacaq miqdarda yanacağı və gücü var, lakin potensial münaqişədə qalib gəlmək üçün yox. Ekspert vurğulayıb ki, hücum edilərsə, Rusiya sarsıdıcı cavab zərbəsi endirəcək.
"Şübhəsiz ki, onların bu istəyi var. Onlar böyük məmnuniyyətlə Rusiyaya hücum etmək istəyərdilər, amma reallıq budur ki, onların silahları və onlardan istifadə etmək təcrübəsi yoxdur", - deyə analitik bildirib.
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Rusiyaya qarşı hər hansı bir hücumun Avropada böyük əzablara səbəb olacağı barədə xəbərdarlıq da edib. O, Avropa ölkələrinin bu risklərdən xəbərdar olduğunu və mövcud anti-Rusiya əhvalına baxmayaraq, birbaşa müharibənin baş verməsinin mümkünsüz olduğunu qiymətləndirib.
QAZİLER.AZ



