İsrailin diaspora işləri üzrə naziri Amiçay Şikli, müsəlman demokrat Zöhran Mamdaninin Nyu-York meri seçilməsindən sonra sosial mediada yəhudiləri şəhərdən çıxmağa çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial mediada hesabında paylaşım edib.
Şikli Mamdanini HƏMAS-ı dəstəkləməkdə günahlandırıb. Nazir qeyd edib ki, bir vaxtlar universal azadlığı simvolizə edən Nyu-York "hakimiyyətin açarlarını Fələstin hərəkatının tərəfdarına təhvil verib". Şiklinin fikrincə, şəhər, xüsusən də yəhudi icması üçün heç vaxt əvvəlki kimi olmayacaq.
İsrailli nazir Nyu-York yəhudilərindən İsraili yeni evləri kimi görmələri barədə düşünmələrini istəyib. Şikli Sadiq Xanın rəhbərliyi altında Londonun girdiyi uçuruma artıq Nyu-Yorkun da "açıq gözlərlə" getdiyini bildirib.
Qeyd edək ki, Nyu-Yorkda təxminən 1,3 milyon yəhudi yaşayır.
QAZİLER.AZ



