Latviya İstanbul Konvensiyasından çıxmasını təxirə saldı

Latviya İstanbul Konvensiyasından çıxmasını təxirə saldı backend

Latviya Seymisi (Parlamenti) qadınları zorakılıqdan qorumağı hədəfləyən İstanbul Konvensiyasından ölkənin çıxması məsələsinə baxılmasını 2026-cı ilin noyabr ayına qədər təxirə salıb.

Qaziler.az xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti özünün “Telegram” kanalında “lsm.lv” portalına istinadən məlumat verib.

Qərarın təxirə salınması qərarı Latviya parlamentinin üzvlərinin böyük əksəriyyəti tərəfindən dəstəklənib.

Qeyd edilib ki, oktyabrın 31-də Latviya parlamenti İstanbul Konvensiyasından çıxmaq üçün səs verib. Bu qərar parlament üzvlərinin sənədin müddəalarının ənənəvi ailə dəyərlərinə zidd olduğu fikri ilə bağlıdır, çünki konvensiya "gender" anlayışını bioloji cins kimi deyil, sosial konstruksiya kimi şərh edir.

İstanbul Konvensiyası 2011-ci ildə imzalanıb və 2014-cü ildə qüvvəyə minib. Onun məqsədi üzv dövlətləri qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə aparmaq üçün tədbirlər görməyə məcbur etməkdir. Sənəd 39 Avropa ölkəsi və Gürcüstan tərəfindən ratifikasiya edilib. Bu günə qədər Türkiyə müqavilədən çıxan yeganə ölkə olaraq qalır.

QAZİLER.AZ