Böyük Britaniya və Almaniya birgə uzun mənzilli raket üzərində aparılan işləri sürətləndirib.
Qaziler.az xəbər verir ki, bu haqda UNİAN “Militarnıy” hərbi portalına istinadla xəbər verir. Qeyd olunub ki, məlumatı Britaniyanın müdafiə naziri Con Qili təsdiqləyib.
Qili müdafiəni gücləndirmək istiqamətində tarixi addım hesab edilən layihəni “Trinity House” müdafiə müqaviləsinin əsas sahələrindən biri kimi təsvir edib. O bildirib ki, bu, iki ölkə arasında daha geniş müdafiə tərəfdaşlığı proqramının bir hissəsidir. O qeyd edib ki, təşəbbüsün məqsədi Avropanın təhlükəsizliyini artırmaq, NATO-nun şərq cinahını gücləndirmək və müdafiə sənayesində əməkdaşlığı dərinləşdirməkdir.
Nəşr qeyd edib ki, may ayında Böyük Britaniya və Almaniya arasında elan edilən “Trinity House Agreement” sazişinə əsasən, ölkələr təcrübə mübadiləsi aparacaq, texnoloji proqramlar, müasir və yeni nəsil müdafiə sistemlərini birgə hazırlayacaqlar.
QAZİLER.AZ



