Britaniya polisi yenə səhvən başqa məhbusu azadlığa buraxdı

Britaniya polisi yenə səhvən başqa məhbusu azadlığa buraxdı backend

London polisi səhvən ikinci dəfə başqa məhbusu azadlığa buraxıb.

Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Qəzetin verdiyi xəbərə görə, polis əməkdaşları 24 yaşlı Əlcəzair vətəndaşını 29 oktyabr çərşənbə günü azadlığa buraxıblar. O, oğurluq niyyəti ilə əraziyə qanunsuz girdiyinə görə “Wandsworth” həbsxanasında cəza çəkirmiş. Səhv verilmiş qərar yalnız 4 noyabr tarixində aşkar edilib. Polis hazırda məhbusu axtarır.

Bu, Britaniyada məhbusun ikinci dəfə səhvən azadlığa buraxılması hadisəsidir. Əvvəlki qalmaqal cinsi təcavüz cinayəti ilə əlaqədar məhkum edilmiş və sənədi olmayan efiopiyalı mühacir Haduş Kebatu ilə bağlı olub. Artıq onun tapılaraq saxlanıldığı bildirilib.

QAZİLER.AZ