Belçikada dronlara görə 54 uçuş ləğv edildi

Belçikada dronlara görə 54 uçuş ləğv edildi backend

Noyabrın 4-ü axşam saatlarında baş verən dron hadisəsindən sonra Brüssel hava limanında 54 uçuş ləğv edilib.

Qaziler.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

ABŞ nüvə silahlarının saxlanıldığı Belçikanın Klein-Brogel bazası üzərində naməlum dronlar yenidən aşkar edilib. Hakimiyyət orqanları araşdırmaya başlayıb və ölkədəki bütün dronların məcburi qeydiyyatdan keçirilməsini tələb edir.

Qeyd edək ki, Klein-Broqel bazası həm Belçika Hərbi Hava Qüvvələrinin, həm də ABŞ Hərbi Hava Qüvvələrinin bölmələrinin yerləşdiyi strateji obyekt hesab olunur.

QAZİLER.AZ