İtaliyanın "Agenzia Nova" agentliyinin jurnalisti Qabriele Nuntsiati 13 oktyabrda Avropa Komissiyasının (AK) brifinqində verdiyi suala görə işdən çıxarılıb.
Qaziler.az bildirir ki, bu barədə lenta.ru məlumat yayıb.
Verilən xəbərə görə, Nuntsiati AK nümayəndəsi Paula Pinyoya müraciət edib.
"Siz dəfələrlə Rusiyanın Ukraynanın yenidən qurulması üçün pul ödəməli olduğunu bildirmisiniz. İsrail Qəzza zolağının mülki infrastrukturunu məhv etdiyini nəzərə alsaq, sizcə, onun da yenidən qurulması üçün pul ödəməlidirmi?" deyə avropalı jurnalist soruşub.
Pinyo suala cavab verməkdən imtina edib.
Məlumata görə, 15-23 oktyabr tarixləri arasında agentliyin rəhbərliyi jurnalisti AK brifinqində verilən sualı müzakirə etmək üçün çağırıb.
27 oktyabrda Nuntsiati "Agenzia Nova"nın onunla əməkdaşlığını dayandırdığı barədə məktub alıb.
QAZİLER.AZ



