Mustafa Cəmilov Krımı tam blokadaya salmağa çağırıb

Mustafa Cəmilov Krımı tam blokadaya salmağa çağırıb backend

Krım tatarlarının lideri Mustafa Cəmilov Ukrayna prezidentini Krımın enerji daşıyıcı və ərzaq məhsulları ilə təchizatını tamamilə dayandırmağa çağırıb. QAZİLƏR-in Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə o Ukraynada keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya Krımı işğal etdiyinə görə onun iqtisadi vəziyyətinə görə məsuliyyət tam olaraq Moskvanın üzərinə düşür”, deyə Cəmilov bildirib və Krımdakı tərəfdarlarının onun bu fikrini tam dəstəkləyir. İnsanlar çox gözəl anlayırlar ki, “rus Krımı” adlandırılan ərazidə heç bir perspektivin olmadığını qeyd edib”, deyə Cəmilov.

Məlumata görə, Krım tatarlarının lideri mövqeyini şəxsən prezident Poroşenkoya təqdim etdiyini bildirib.

Qeyd edək ki, 2014-cü ilin iyulunda Cəmilov Avropa İnsan Haqları Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Bundan əvvəl Kreml Krım tatarlarının liderinə yarımadaya girişinə qadağa qoymuşdu.
Diaspora