Rusiyanın Yekaterinburq komandasının xokkeyçisi ürək tutmasından vəfat edib.
Yekaterinburqun "Avtopapı" komandasının xokkeyçisi Aleksandr Krasovski "Uralskie volkı" ilə oyundan sonra ürək tutmasından vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə yerli E1.Ru portalı 4 noyabrda mənbələrə istinadən məlumat yayıb.
"Oyun başa çatdı, hamı ehtiyat oyunçular skamyasına keçdi. Həkim Aleksandrın təzyiqini ölçdü və hər şey normal idi. Oyundan təxminən 10 dəqiqə sonra o, huşunu itirdi", - portalın mənbəsi bildirib.
İlkin məlumatlara görə, o, oyun bitdikdən bir saat sonra vəfat edib. Nəşrin məlumatına görə, matçda növbətçi olan tibb işçisi təcili yardım gələnə qədər iki dəfə ürəyini yenidən işə salaraq ürək reanimasiyası həyata keçirib. Lakin reanimasiyası başladıqdan 40 dəqiqə sonra nəbz itib. Dostlarının sözlərinə görə, xokkeyçi yeddi il əvvəl infarkt keçirib.
QAZİLER.AZ



