Rumıniya Ukrayna ilə sərhəddə F-16 və "Eurofighter" qırıcı təyyarələrini havaya qaldırıb.
Ukrayna ilə sərhəddə hava hücumu xəbərdarlığı fonunda Rumıniya F-16 və "Eurofighter Typhoon" qırıcı təyyarələrini havaya qaldırıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, təyyarələrə Rumıniya hava məkanını pozmaq təhlükəsi yarandığı təqdirdə hava hədəflərini vurmaq üçün icazə verilib.
QAZİLER.AZ



