Kallas: 2030-a qədər yeni ölkələrin Aİ-yə qoşulması real görünən hədəfdir

Kallas: 2030-a qədər yeni ölkələrin Aİ-yə qoşulması real görünən hədəfdir backend

2030-cu ilə qədər Avropa İttifaqına yeni ölkələrin qoşulması real görünən hədəfdir.

Apa “The Guardian“a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü və geosiyasi dəyişikliklər Aİ-nin genişlənməli olduğu ehtiyacını açıq-aşkar ortaya qoyur.

Kallas buna baxmayaraq qeyd edib ki, Aİ-yə üzvlük üçün qısa yol təklif etməyəcək.

Kaya Kallas Albaniya, Moldova, Monteneqro və Ukraynanın Aİ-yə qoşulma perspektivlərini müsbət, Serbiya, Şimali Makedoniya, Kosovo, Bosniya və Hezsoqovina ilə Türkiyənin qoşulma ehtimalını isə qarışıq təsvir edib.

Aİ rəsmisi Gürcüstanın Aİ-yə qoşulması ehtimalını mənfi olaraq qiymətləndirib və hazırkı şəraitdə bunun mümkün olmadığını bildirib.