Filippində tayfun 26 nəfərin ölümünə səbəb olub

Filippində tayfun 26 nəfərin ölümünə səbəb olub backend

Filippində “Kalmaeqi” tayfunu ölkənin mərkəzinə zərbə endirib və 26 nəfərin ölümünə səbəb olub.

Qaziler.az xəbər verir ki, bu barədə "Inquirer" qəzeti Respublikanın Mülki Müdafiə Agentliyinin sözçüsü Juni Kastiloya istinadən məlumat yayıb.

"Tayfun nəticəsində ölənlərin sayı 26-ya çatıb", - məlumatda qeyd olunub.

Mərkəzi Visayas bölgəsində 22 qurbanın cəsədi tapılıb. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Hakimiyyət orqanları fəlakət bölgəsindən təxminən 387.000 insanı təxliyə edib.

QAZİLER.AZ