Finlandiya elektrik vergisini azaltmaq istəyir

Finlandiya elektrik vergisini azaltmaq istəyir backend

Finlandiya məlumat mərkəzlərinə investisiya cəlb etmək üçün elektrik enerjisi vergilərini azaltmağı düşünür.

Qaziler.az xəbər verir ki, bu barədə STT xəbər agentliyi ölkənin Baş nazir Petteri Orpoya istinadən məlumat yayıb.

"Petteri Orpo bildirib ki, Finlandiya məlumat mərkəzi operatorlarını ölkəyə cəlb etmək üçün elektrik enerjisi vergilərini azaltmağı düşünür”, - məlumatda qeyd edilib.

Agentliyin məlumatına görə, bu məsələ ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib. Finlandiya hökuməti hazırda məlumat mərkəzlərinə investisiya cəlb etmək üçün digər tədbirləri nəzərdən keçirir.

QAZİLER.AZ