Rusiya Prezidenti Vladimir Putin hökumətə 2026-cı ilin fevral ayına qədər Uzaq Şərq və Arktikanın maraqları naminə texnoloji inkişaf planlarını təsdiqləməyi tapşırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Sənədlərdə Rusiyanın texnoloji liderliyinə nail olmaq üçün məqsədlər, göstəricilər və tədbirlər olmalıdır. Baş nazir Mixail Mişustin isə onların həyata keçirilməsinə məsul şəxs təyin edilib.
“Uzaq Şərq Federal Dairəsi və Rusiya Federasiyasının Arktika zonasının maraqları naminə texnoloji sahələrin inkişafı üçün fəaliyyət planları ("yol xəritələri") təsdiq edilməlidir”, - əmrdə qeyd olunub.
Putin həmçinin Uzaq Şərqdə nəqliyyat və logistika mərkəzlərinin inkişaf etdirilməsini, onların səmərəliliyinin artırılmasını, o cümlədən Blaqoveşçensk, Nijneleninski və Tumannaya çayı üzərindən Şimali Koreyaya körpü keçidlərinin inşasını tapşırıb.
QAZİLER.AZ



