Yunanlar elektron pasportlardan qorxur

Yunanlar elektron pasportlardan qorxur backend

Yunanıstanın Saloniki şəhərində elektron pasportların tətbiqinə qarşı etiraz aksiyası keçirilib.

Qaziler.az “Avgi” portalına istinadla xəbər verir ki, etiraz aksiyası 2 noyabrda şəhər mərkəzində baş tutub və təxminən 300 nəfər iştirak edib. Nümayiş yeni şəxsiyyət vəsiqələrinin tətbiqinə qarşı çıxan “Birləşmiş makedoniyalılar” qrupu tərəfindən təşkil edilib.

Təşkilatçılar açıqlamada "yeni qaydanın imperativləri" və "təhlükəli yol" barədə xəbərdarlıq ediblər. Onlar bunun Yunanıstan vətəndaşlarının həyat keyfiyyətini təhdid etdiyinə inanırlar.

Daha əvvəl Yunanıstan Parlamentinin 13 saatlıq iş gününün tətbiqinə icazə verən qanunvericilik təşəbbüsünü təsdiqlədiyi bildirilirdi. Qərar oktyabrın əvvəlində ölkəni bürüyən kütləvi etirazlara və tətillərə baxmayaraq qəbul edilib.

QAZİLER.AZ