3 noyabr gecəsi Əfqanıstanda baş verən zəlzələdən sonra sosial şəbəkədə dağıntıların görüntüləri yayılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.
Videoda sakinlərin dağılmış evlərin dağıntılarını təmizlədiyi və zərərçəkənlərə kömək etdiyi görünür. Zəlzələ nəticəsində 27 nəfər ölüb, təxminən 830 nəfər yaralanıb.
Dərc olunmuş görüntülərdə həmçinin sakinlər dağıntılar altında qalanları əlləri və kürəkləri ilə çıxarmağa çalışdıqları görünür.
QAZİLER.AZ
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
