Rusiya ilə Kipr arasında imzalanan sazişə görə Rusiya hərbi dəniz qüvvələrinin gəmiləri Kipr limanlarından istifadə edə biləcək.
Rusiya prezidenti Vladimir Putin Kipr prezidenti Nicos Anastasiades ilə danışıqlar apardıqdan sonra bu razılıq əldə edilib.Prezident Putin deyib ki, digər ölkələr buna görə naharat olmamalıdır və liman əsasən anti-terrorizm və anti-piratlıq məqsədlərilə istifadə olunacaq.
Kipr adası Britaniya hərbi bazalarına ev sahibliyi edir. Britaniya bəyan edib ki, təlim keçirmək üçün Ukraynaya əsgərlər göndərəcək.