Taylandda rusiyalı turist sərxoş halda iki dəfə supermarketi dağıdıb

Taylandda rusiyalı turist sərxoş halda iki dəfə supermarketi dağıdıb backend

Taylandda istirahət edən rusiyalı turist sərxoş olub və iki dəfə "Tops Daily supermarketini dağıdıb.

Qaziler.az bildirir ki, bu barədə Shot Telegram kanalı məlumat verir.

Mənbənin məlumatına görə, sərxoş rusiyalı turist Pattayadakı mağazanı iki gün dağıdıb. O, rəflərdən əşyaları atıb, paketləri açıb, yemək yeyib, ucadan söyüş söyüb və müştəriləri qorxudub. Səyahətçi yerli sakinlər tərəfindən saxlanılıb və polisə təhvil verilib.

O, məhkəməyə verilməklə yanaşı, cərimə ilə üzləşib.

QAZİLER.AZ