Kanadanın Baş naziri Donald Trampdan üzr istəyib

Kanadanın Baş naziri Donald Trampdan  üzr istəyib backend

Kanadanın Baş naziri Mark Karni amerikalılara yönəlik, ABŞ liderinin qəzəbinə səbəb olan siyasi reklama görə ABŞ Prezidenti Donald Tramp qarşısında üzr istədiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunub ki, Kanadanın Ontario əyalətinin Baş naziri Daq Fordun sifarişi ilə hazırlanan reklamda ABŞ-nin sabiq prezidenti Ronald Reyqanın çıxışından bir hissə istifadə edilib. R.Reyqan çıxışda tariflərin ticarət müharibələrinə və iqtisadi fəlakətlərə səbəb olduğunu söyləyir.

D.Tramp cavabında Kanadadan gələn mallara rüsumların artırılacağını elan edib. Vaşinqton Kanada ilə ticarət danışıqlarını dayandırıb.