ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp noyabrın 12-də Ermənistana səfər edəcək.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, məqsəd işgüzar maraqlar, müxtəlif dairələrin nümayəndələri ilə görüşlərdir.
Bundan əlavə, kiçik Donald Trampın Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün planlaşdırılıb-planlaşdırılmadığı hələ ki məlum deyil.



