ABŞ gəmiləri Venesuelaya zərbə məsafəsi qədər yaxınlaşıb

ABŞ gəmiləri Venesuelaya zərbə məsafəsi qədər yaxınlaşıb backend

ABŞ-nin amfibiya hücum gəmisi "USS Iwo Jima" və onu müşayiət edən gəmilər Venesueladakı bir adaya yaxınlaşır.

"Report"un məlumatına görə, bu barədə "Newsweek" peyk görüntülərinə istinadən xəbər verib.

"Gəmilər ölkənin əsas hava bazalarından və radar sistemlərindən birinin yerləşdiyi Venesuela La Orçhil adasından təxminən 124 mil məsafədədir", - nəşr yazıb.

Qeyd olunur ki, hərbi gəmilər yaxınlaşdıqdan sonra dərhal əməliyyat məsafəsində olurlar ki, bu da dəniz desantlarının hücumlarına və ya dəqiq zərbələrə imkan verir.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Venesuelaya zərbələrə hazırlıq barədə məlumatları təkzib edib, Venesuela ilə həmsərhəd olan Trinidad və Tobaqonun Müdafiə Qüvvələri isə yüksək hazırlıq vəziyyətinə gətirilib.