Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı iki Polşa Hərbi Hava Qüvvələri qırıcısının Baltik dənizi üzərində Rusiyanın “İl-20” təyyarəsini ələ keçirdiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə komandanlığın “X” sosial hesabında məlumat verilib.
"Bu həftə Baltik dənizi üzərində Rusiya təyyarələrini ələ keçirmək məqsədilə üçüncü missiyadır. Bu gün, 31 oktyabrda, saat 9:00-dan (Bakı vaxtı ilə saat 11:00) əvvəl, Baltik dənizi üzərində uçan Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsini ələ keçirmək üçün bir cüt Polşa “MiQ-29” təyyarəsi yenidən havaya qaldırıldı", - deyə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı açıqlamasında bildirib.
İddialara görə, Rusiya təyyarəsi uçuş planı olmadan və transponderi söndürülmüş vəziyyətdə uçub. Polşa Silahlı Qüvvələrinin rəsmi mənbəyi Polşa hava məkanının pozulmadığını müəyyənləşdirib.
QAZİLER.AZ



