Maduro ABŞ-a görə üç ölkədən kömək istədi

Maduro ABŞ-a görə üç ölkədən  kömək istədi backend

Venesuela lideri Nikolas Maduro ABŞ-dan gələn təhdidlərlə əlaqədar Rusiya prezidenti Vladimir Putindən dəstək istəyib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məxfi sənədlərə istinadən məlumat yayıb. O, Rusiyadan raketlər, radarlar və təkmilləşdirilmiş təyyarələr istəyib.

Nəşrin məlumatına görə, Venesuela dəstək üçün Çin və İrana da müraciət edib. Maduro ölkəsinin hərbi yardıma və silah təchizatına ehtiyacını vurğulayıb. Xüsusilə, Çin prezidenti Si Cinpinə genişləndirilmiş hərbi əməkdaşlığı təklif edən məktub göndərilib.

QAZİLER.AZ