ABŞ tərəfindən yeraltı nüvə sınaqlarının potensial bərpası ilə bağlı suala cavab olaraq, ABŞ prezidenti Donald Tramp tezliklə bununla bağlı bütün məlumatları alacağını bildirərək ictimaiyyətə açıqlama verəcəyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
"Çox tezliklə hər şeyi biləcəksiniz", - deyə ABŞ prezidenti vurğulayıb.
Oktyabrın 30-da Tramp oxşar imkanlara malik olan digər dövlətlərlə "bərabər şərtlərlə" nüvə silahı sınaqları keçirmək qərarını elan edib. O, özünün “Truth Social” hesabında bu prosesə dərhal başlamağın vacibliyini vurğulayıb.
QAZİLER.AZ



