Almaniya sınaqlarının başa çatmasını gözləmədən ümumi dəyəri təxminən 900 milyon avro olan 12 min dronun tədarükü üçün müqavilələr bağlamaq niyyətindədir.
Qaziler.az bildirir ki, bu barədə “Bild” mənbələrə istinadən yazır.
Qeyd olunub ki, müqavilələr üç şirkətlə imzalanacaq: “Stark”, “Helsing” və “Rheinmetall”.
"Helsing”in bütün dronlarının uçuşları uğurlu və tələb olunan parametrlər daxilində olsa da, “Stark”a məxsus dronunun hədəfdən iki dəfə yayındığı bildirilir”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ



