Tramp Venesuelaya zərbə endirə bilər?

Tramp Venesuelaya zərbə endirə bilər? backend

ABŞ prezidenti Donald Trampın Venesuela ərazisinə zərbə endirmək planı yoxdur.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, prezident jurnalistlərin Venesuela ərazisinə hücum planları ilə bağlı suallarını belə cavablandırıb.

"Xeyr", - Tramp deyib.

Bundan əvvəl "The Wall Street Journal" qəzeti ABŞ-ın narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Venesueladakı hərbi obyektlərə, hava limanlarına və limanlara zərbə endirə biləcəyi barədə məlumat vermişdi. Məqalədə deyilir ki, Ağ Ev hələ hücumlarla bağlı yekun qərar verməyib.

QAZİLER.AZ